Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bayram süfrəsi hazırlamaq neçəyə başa gəlir? – FOTOLAR

Bayram süfrəsi hazırlamaq neçəyə başa gəlir? – FOTOLAR

Yeni il süfrəsini bir qayda olaraq “paytaxt” salatı, plov, yarpaq dolması, ləvəngi, meyvələrdən naringi, portağal, ananas, banan, zövqə görə cürbəcür spirtli və spirtsiz içkilər bəzəyir.
Ümumiyyətlə, Yeni il süfrəsinin müxtəlif təamlarla bəzədilməsi və ailə üzvlərinin həmin süfrədə toplaşması ənənə kimi bu gün də davam etdirilir. Ötən günlərdə Yeni il yolkası qurmaq üçün nə qədər xərc çəkmək lazım olduğu barədə yazmışdıq.
Oxu.Az bayram süfrəsi hazırlamağın bir ailəyə neçəyə başa gəldiyini dəqiqləşdirməyə çalışıb:
Bayramqabağı süni qiymət artımının müşahidə edilmədiyini desək, yalan olar. Odur ki, mümkün qədər qiymətlərin münasib olduğu yarmarkalara və mağazalara üz tutduq. Ümumilikdə, qiymətlərdə 2018-ci il illə müqayisədə, bir qədər artım müşahidə edilir.
Əhalinin bayram günü aldığı məhsullardan ən önəmlisi ətdir. Ətin qiyməti ötənilki qiymətlərlə müqayisədə, əlli qəpikdən bir manata qədər bahalaşıb. Digər məhsulların qiymətləri isə aşağıdakı kimidir:

Market qiymətləri:

Məhsulun adıƏdəd/Kq2019-cu il üçün2018-ci il üçün
Mal əti (sümüklü)1kq11 AZN10,13 AZN
Mal əti (sümüksüz)1kq13 AZN12,34 AZN
Toyuq əti1kq3,14 AZN4,26 AZN
Toyuq yumurtası10 ədəd1,30 AZN1,56 AZN
Qatıq3kq5,50 AZN3,74AZN
Düyü (yumru)1 kq1,60 AZN1,35
Kartof1kq0,85 AZN0,78 AZN
Baş soğan1kq0,59 AZN0,45 AZN
Pomidor1kq1,80-2,40 AZN2 AZN
Xiyar1 kq1-2,30 AZN1 AZN
Yerkökü1 kq1,10 AZN0,80 AZN
Mayonez350 q2,20 AZN1,21 AZN
Konservləşdirilmiş yaşıl noxud325 q1,80 AZN1,65 AZN
Konservləşdirilmiş qarğıdalı340 qr2,40 AZN2 AZN
Nehrə yağı1 kq14 AZN15,20 AZN
Qoz1 kq18 AZN16 AZN
Fındıq1 kq16 AZN17 AZN
Ağ kişmiş1 kq5 AZN6,65 AZN
Qara kişmiş1 kq6 AZN7 AZN
Badam1 kq22 AZN23 AZN
Portağal1 kq3,55 AZN2,50 AZN
Naringi1 kq2,30 AZN2 AZN
Armud1 kq3,80 AZN2,50 – 3 AZN

Yarmarkalarda olan qiymətlər isə aşağıdakı kimidir:

Məhsulun adıƏdəd/KqQiymətlər
Baş soğan1 kq0,70-0,90 AZN
Kartof1 kq0,60-0,85 AZN
Pomidor1 kq1,20 AZN
Xiyar1 kq1 AZN
Banan1 kq2,75-3 AZN
Kivi1 kq1,50-2 AZN
Portağal1 kq2 AZN
Naringi1 kq1 AZN
Armud1 kq2,20 AZN
Nar1 kq2 AZN
İri qara kişmiş1 kq16 AZN
Xırda qara kişmiş1 kq10 AZN
İri ağ kişmiş1 kq14 AZN
Xırda ağ kişmiş1 kq8 AZN
Qabıqlı qoz1 kq5 AZN
Təmizlənmiş qoz (Zaqatala)1 kq16-19 AZN
Təmizlənmiş qoz (Ordubad)1kq22-25 AZN
Fındıq (Qəbələ)1 kq16 AZN
Fındıq (qovrulmuş)1 kq18 AZN
Badam1 kq24 AZN
Şabalıd1 kq7 AZN
Qarışıq çərəz1 kq12 AZN

Əhalinin bir qismi qiymətlərin normal olduğunu, zəruri olan bütün məhsullardan ala bildiyini desə də, digər qrup qiymətlərin ildən-ilə artdığını deyir. Xüsusilə də çərəzlərdə gözəçarpacaq dərəcədə qiymət artımı müşahidə edilir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …