Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / BAŞ REDAKTORDAN CAVİD QURBANOVA SƏRT SÖZLƏR:  “Bir korrupsioner o biri korrupsioneri ittiham edir”

BAŞ REDAKTORDAN CAVİD QURBANOVA SƏRT SÖZLƏR:  “Bir korrupsioner o biri korrupsioneri ittiham edir”

Azinforum.az xəbər verir ki, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Cavid Qurbanovun verdiyi son açıqlamaya sərt münasibət bildirib.  Baş redaktor hətta Cavid Qurbanova korrupsioner deyib. Bahəddin Həziyevin bu xüsusda səsləndirdiyi fikirləri təqdim edirik:

“Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Cavid Qurbanov özündən əvvəlki rəisi (Asif Əsgərovu) korrupsiyada günahlandırıb. Düz edib. Asif Əsgərov gerçəkdən korrupsioner olub. Ancaq Cavid Qurbanov özü də ondan geri qalmayıb “Azəryolservus”in rəhbəri olanda büdcə vəsaitlərini dağıtması haqda təkcə elə “Bizim Yol”un yazdıqlarını toplasaq ən az bir kitab olar. Tikdiyi körpülər, çəkdiyi yollar da göz qabağındadır. Bir korrupsioner o biri korrupsioneri ittiham edir. Öyrəşdiyimiz tipik Azərbaycan olayı. Ən məzəlisi də odur ki, bu Cavid Qurbanovun açıqlaması mərhum rejisorumuz Tofiq Tağızadənin çəkdiyi “Dədə Qorqud” filmindən bir gülməli sualı yadıma saldı. Yalançı oğlu Yalıncıq hədəf üçün qoyulmuş öküz başını oxla dəqiq vura bilməyındə Beyrək ona nə demişdi? Cavabını siz yazın”.

 

bah

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın