Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Baş redaktor gecə deyil, gündüz boğulub – Evdə tək olub

Baş redaktor gecə deyil, gündüz boğulub – Evdə tək olub

Bakıda baş redaktor dəm qazından boğulub ölüb.

” Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. “Femida-007” qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

***

“Sputnik” xəbər verir ki, “Femida” qəzetinin baş redaktoru Eyyub Kərimovun meyitini onun həyat yoldaşı gecə saat 2 radələrində mənzilin hamam otağında aşkarlayıb.

Hazırda hadisə yerində polis və prokurorluq əməkdaşları işləyir.

***

Virtualaz.org mərhumun əmisi oğlu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı olan Bəxtiyar Kərimova istinadən xəbər verir ki, hadisə bundan əvvəl bəzi KİV-lərin bildirdiyi kimi bu gün martın 2-nə keçən gecə deyil, ötən gün – martın 1-də gündüz saatlarında baş verib.

Belə ki, səhər tezdən Eyyub Kərimovun həyat yoldaşı və qızı işə gediblər. O, evdə tək qalıb. Axşam həyat yoldaşı evə qayıdanda onun meyitini hamamda aşkarlayıb. Baş redaktorun günorta saatlarında keçindiyi təxmin edilir. Onun cənazəsi dəfn olunmaq üçün doğulduğu Qax rayonunun İlisu kəndinə yola salınıb.

***

APA-nın məlumatına görə, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …