Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Baş konsul: “Qəza nəticəsində azərbaycanlılar arasında ölən və ağır yaralanan yoxdur”

Baş konsul: “Qəza nəticəsində azərbaycanlılar arasında ölən və ağır yaralanan yoxdur”

İstanbul-İğdır marşrut avtobusu Türkiyənin Kağızman bölgəsində qəzaya uğrayıb. Hadisə nəticəsində avtobusda olan 46 sərnişindən 30-u yaralanıb ki, onlardan biri Türkiyə vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. “İğdırlı Turizm” şirkətinə aid 34 DY 9422 nömrə nişanlı avtobus sürücünün idarəetməni itirməsi səbəbindən aşıb. Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Cahanpress-ə açıqlamasında bildirib ki, hadisə nəticəsində ölən və ağır yaralanan olmayıb. Xəsarət alanlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Azinforum.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …