Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Hakim təyin edilənlərin yarısı qadınlardır – NAZİR

Hakim təyin edilənlərin yarısı qadınlardır – NAZİR

Hakimlərimizin sayı üçdə bir qədər – 200 vahid artırılıb, bu ştatların tezliklə komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi davamlı xarakter alıb və artıq 123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin ediliblər. 

Bunu Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib. 

Onun sözlərinə görə, 123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin edilənlərin yarıya qədərini qadınların təşkil edir. 

“Bu isə daha təcrübəli hakimlərin irəli çəkilməsinə imkan yaratmış və nəticədə Ali Məhkəmənin tərkibi 70% təzələnib. Ali Məhkəmə həm də məhkəmə sistemi üçün böyük kadr ehtiyatı rolu oynayır. Belə ki, Ali Məhkəmənin hakimləri apellyasiya instansiyası məhkəmələrinin, habelə mühüm birinci instansiya məhkəmələrinin sədrləri vəzifəsinə təyinat almışlar”, – deyə F.Məmmədov əlavə edib. 

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …