Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Bakıda restoranda dava düşdü, müğənni bıçaqlandı – VİDEO

Bakıda restoranda dava düşdü, müğənni bıçaqlandı – VİDEO

Hadisə gecə saatlarında Binəqədi rayonunun Xocasən qəsəbəsində olub. Azinforum.az  Xəzərxəbər-ə istinadən xəbər verir ki, 25 yaşlı Cəfərov Vüsal Vüqar oğlu ”Murad” şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.
Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …