Cümə , Aprel 26 2024
Ana səhifə / Bakıda restoran sahibindən qeyri-adi addım: Müştərilərin hesabını öz cibindən ödədi – VİDEO

Bakıda restoran sahibindən qeyri-adi addım: Müştərilərin hesabını öz cibindən ödədi – VİDEO

Bakıda restoranlardan birinin sahibi qeyri-adi addım atıb. O, futbol üzrə milli komandamızın San Marino üzərindəki qalibiyyətinə görə həmin gün restoranda yeyib-içən bütün müştərilərin hesabını ödəməli olub.

Musavat.com Xəzərxəbər-ə istinadən məlumat verir ki, Azərbaycan-San Marino (5-1) futbol yığmalarının oyunu zamanı komandamızın vuracağı hər qola görə 20 faiz endirim edəcəyinə söz verən restoran sahibi nəticədə 100 faizlik endirim etməli olub və bu səbəbdən həmin vaxt restoranda olan heç bir azarkeş hesab ödəməyib.

Ümumilikdə 1000 manat xərcə düşən restoran sahibi Şaiq Qəribzadə deyir ki, o, bu addımı hər hansı kommersiya niyyəti ilə yox, futbol azarkeşi olduğu üçün atıb.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın