Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bakıda qızıl medal qazanan güləşçiyə Türkiyədən şok- “Əsgərliyə yaramırsan”

Bakıda qızıl medal qazanan güləşçiyə Türkiyədən şok- “Əsgərliyə yaramırsan”

Bakı 2015 Avropa Oyunlarından qızıl medalla ayrılan türkiyəli yunan-roma güləşçisi Rıza Kayaalp ölkəsindən aldığı xəbərlə sarsılıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, milli güləşçiyə bədən çəki indeksinin normalara uyğun olmadığı üçün əsgərliyə yararlı hesab edilmədiyi bildirilib.

Bədən Tərbiyəsi və İdman Universitetindən ötən il məzun olan Kayaalp isə eşitdiyi xəbərdən sarsıldığını deyib:

“Babam əsgərliyə getməyimi istədi. Mən də ona söz verdim. Çünki onun babaları Mersində, Çanakkakada şəhid olublar.  Mən də əsgərliyə gedəcəyimə dair 92 yaşlı babama söz verdim. Mənə “hərbi xidmətə yaramırsan” dedilər. Mən də “10 əsgərə bərabərəm” dedim. Mən bu prosedura tabe olmaq istəmirəm. Ölkəsi üçün bir şey etməyə çalışan hər vətən övladı kimi mən də əsgər getmək istəyirəm. Nə olursa olsun bunu qəbul etməyəcəm”.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın