Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bakıda mühüm forum işə başladı – Fotolar

Bakıda mühüm forum işə başladı – Fotolar

Bu gün Bakıda doqquzuncu Azərbaycan-Rusiya regionlararası forumu öz işinə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumu nazir Şahin Mustafayev giriş sözü ilə açıb:

“Fürsətdən istifadə edərək Səməd Qurbanov və Aleksey Repikovu Rusiya-Azərbaycan İşgüzar Şurasının idarə heyətinin sədri postuna seçilmələri münasibətilə bir daha təbrik edirəm və fəaliyyətlərində uğurlar arzulayıram. Hər iki ölkənin münasibətləri qarşılıqlı hörmət və mehriban qonşuluq siyasətinə əsaslanır. Hər iki ölkə rəhbərliyi ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verirlər.

Ticarət əlaqələri Azərbaycanla Rusiya əməkdaşlığının əsas istiqamətidir. Rusiya Azərbaycanın idxal üzrə əsas tərəfdaşıdır və qeyri-neft məhsullarımızın ixracında birinci yeri tutur. Ölkələr arasında qarşılıqlı investisiyalar sahəsindəki aktiv əməkdaşlığı da vurğulamaq istəyirəm. Azərbaycan bir milyarddan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan çox investisiya qoyub”.

Onun sözlərinə görə, Azərbaycan Yekaterinburq, Həştərxan və Sankt-Peterburqda şərab və ticarət evləri açmaq niyyətindədir.

 






Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …