Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Şabranda Şahin quşunu ovlayan 3 nəfər saxlanıldı – Əcnəbi cərimələndi, yerli adamlar ahqda isə…

Şabranda Şahin quşunu ovlayan 3 nəfər saxlanıldı – Əcnəbi cərimələndi, yerli adamlar ahqda isə…

5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şabran rayonu ərazisində, Xəzər dənizinin sahil zolağında  adı “Qırmızı kitab”a düşmüş Şahin quşunu ovlayan 3 şəxsi saxlayıb.

Mia.az  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, onlardan Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 4 göyərçin quşu və 1 qanadı zədələnmiş Şahin quşu götürülüb:

Ov edən şəxslərin İraq Respublikasının vətəndaşı Taha Vasmi Zaidan Sumaida və 2 nəfər Azərbaycan Respublikasının vətəndaşları olduğu müəyyən edilib.

Faktla bağlı Taha Vasmi Zaidan Sumaida barəsində protokol tərtib edilərək ona inzibati qaydada 3100 manat məbləğində cərimə və ziyan tətbiq olunub. 

Digər 2 nəfər Azərbaycan vətəndaşı isə sənəd təqdim etmədiklərinə görə, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məsulliyyətə cəlb edilmələri üçün rayon polis şöbəsinə müraciət olunub”.

Məlumatda deyilir ki, qanadı zədələnmiş Şahin quşu reabilitasiya  keçməsi üçün Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına  təhvil verilib, göyərçin quşları isə təbiətə buraxılıb.

 

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …