Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bakıda ipi qırıb qaçan inək qadını yaraladı – Video+ Yenilənib

Bakıda ipi qırıb qaçan inək qadını yaraladı – Video+ Yenilənib

Bakıda kəsim üçün saxlanılan inək ipi qırıb qaçıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında “Əhmədli” metrostansiyasının yaxınlığında baş verib. Dana bağlandığı yerdən qaçaraq yaxınlıqdakı bir qadına hücum edib, nəticədə orta yaşlı qadın xəsarət alıb.

Daha sonra isə dananın tutulması üçün polisə müraciət olunub. Üç saat ərzində şəhərin müxtəlif yerlərində qaçaraq insanların həyatı üçün təhlükə yaradıb.

Sonda polis əməkdaşları dananı tuta biliblər.

***

Hazırda qadının vəziyyəti qənaətbəxşdir. Dananın sahibi, ət kəsimi ilə məşğul olan sahibkara isə ciddi xəbərdarlıq olunub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …