Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Ağalar Vəliyev sabiq nazir Fazil Məmmədovla işbirliyindən nələr qazanıb? – İDDİA

Ağalar Vəliyev sabiq nazir Fazil Məmmədovla işbirliyindən nələr qazanıb? – İDDİA

Ağalar Vəliyev də Milli Məclisdə uzun müddətdir oturub,kreslonu tərk etmək istəməyənlərdən biridir.Dövrü mətbuatda var- dövləti ilə bağlı yazılanlardan da göründüyü kimi,rəhbərlik etdiyi “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti hesabına Ağalar Vəliyev son illərdə Azərbaycanın ən varlı şəxslərindən birinə çevrilib. Düzdü,”Azəraqrartikinti” Respublikanın müxtəlif yerlərində irihəcmli dövlət sifarişləri yerinə yetirib. Amma bu heç də külli miqdarda qazanc əldə etmək anlamına gəlməməlidir. Maraqlıdır, görəsən Ağalar Vəliyev Milli Məclisin deputatı olmasaydı,onun rəhbərlik etdiyi “Azəraqrartikinti”ASC-yə irihəcmli dövlət sifarişlərini verərdilərmi? Təbii ki,yox. Çox güman ki,onun Milli Məclisə bu qədər israrla can atması məhz bununla bağlıdır.

Aktualinfo.org “Azəraqrartikinti” ASC-nin son illərdə gördüyü işlər ətrafında apardığı araşdırmalarda maraqlı məlumatlar əldə edib. Qeyd edək ki,“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin yaranma tarixi barədə dəqiq məlumatlar olmasa da, qurumun Müşahidə Şurasının sədri 1998-ci ildən Milli Məclisin deputatı Ağalar Vəliyevdir.

Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında, həmçinin AMEA-nın Tarix Muzeyində, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində aparılan tikinti, bərpa və yenidənqurma işlərini, AMEA Mərkəzi Elmi Kitabxanasının, AMEA-nın Milli Ensiklopediya Mərkəzinin, Bakı şəhərində Apelyasiya Məhkəməsi üçün inzibati binanın, Kənd Təsərrüfatı və Ədliyyə Nazirliyinin bir sıra obyektlərinin, Bakı şəhərinin rayonlarında xeyli sayda məktəblərin və uşaq bağçalarının, Şəmkir-Gəncə magistral su xəttinin, Goranboy və Göygöl rayonlarının su və kanalizasiya şəbəkələrinin, Bakı şəhərində və respublikanın müxtəlif şəhər və rayonlarında məcburi köçkünlər üçün salınan qəsəbələrdə xeyli sayda çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintisi “Azəraqrartikinti” ASC tərəfindən aparılıb. Bu işlərin görülməsi üçün bağlanılan müqavilələrin dəyəri barədə konkret rəqəmlər söyləmək çox çətindir. Qeyd edək ki, 2012 ci ilə qədər dövlət satınalmaları elan olunmadan,tərəflər arasında bağlanan müqavilələr əsasında aparılırdı. Odur ki, görülən işlərin dəyəri barədə olan məlumatları yalnız Ağalar Vəliyev bilmiş olar. Lakin son dövrlər adı ara-sıra hallarda görsənən “Azəraqrartikinti” ASC-nin qalibi olan tenderlərdə şirkətin qazancının heç də az olmadığı görsənir.

“Azəraqrartikinti” ASC nin qalibi olduğu tenderlərə nəzər salsaq nələri görmüş olarıq? Məsələn, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfinndən 21.02.2018-ci il tarıxdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 72 mənzili 11 № yaşayış binasının tikintisi işləri üzrə elan olunmuş tenderin qalibi olan “Azəraqrartikinti”ASC 4399267 manatlıq müqavilə bağlayıb. Tikintinin keyfiyyəti barədə hazırda orada yaşayanlar daha yaxşı məlumatlı ola bilərlər.

Ağalar Vəliyevin rəhbəri olduğu “Azəraqrartikinti” ASC Kənd Təsərrüfatı Nazirliyinin elan etdiyi tenderlərdə təkcə 2017-ci ildə sözügedən nazirliyin Dövlət Baytarlıq Xidməti tərəfindən yeni laboratoriya binasının tikintisi işləri üçün 1771014.03 manat, Quba Zona Baytarlıq Laboratoriyasının toksikologiya şöbəsinin, yarma otağının, süni mayalanma otağının, və digər köməkçi otaqların yenidən qurulması və əsaslı təmiri işləri üçün 130000 manat, Ucar Baytarlıq İdarəsinin inzibati binasının əsaslı təmiri işləri üçün 110000 manat, mebel inventarları üçün 70304.4 manat,inventarların alınması və quraşdırılması işləri üçün 60596.89 manatlıq dövlət sifarişini həyata keçirib. Burada Ağalar Vəliyevin keçmiş Kənd Təsərrüfatı naziri Heydər Əsədovla nə kimi əlaqələrinin olduğu bilinməsə də sabiq Vergilər naziri Fazil Məmmədovla işbirliyi açıq aydın görsənir.

Ağalar Vəliyevin rəhbəri olduğu “Azəraqrartikinti”ASC-nin Fazil Məmmədovun Vergilər naziri olduğu dönəmdə nazirliyin elan etdiyi tenderlərə ayrılan vəsaitlərin məbləği isə daha maraqlıdır. 12.12.2012 ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi üçün Şirvan şəhəri, Naxçıvan küçəsində inzibati binanın tikinti işlərinin yerinə yetirilməsi üçün 6383000 AZN və elə həmin tarıxdə 11 saylı Ərazi Vergilər İdarəsi üçün Yevlax rayonu, Bakı-Qazax avtomobil yolunun sağ tərəfində inzibati binanın tikinti işlərinin yerinə yetirilməsi üçün də 6383000 manatlıq dövlət sifarişinin qalibi olan “Azəraqrartikinti” ASC-nin bu işləri yeyintisiz yerinə yetirməsi absurd bir məsələdir. Binanın tikintisi absurd deyil. Binalar tikilib və hal hazırda Ərazi Vergi İdarələri orada fəaliyyət göstərir. Amma 4 mərtəbəli, o qədər də böyük sahəsi olmayan bir binanın tikintintisinə 6 mln dövlət vəsaitinin xərclənməsi absurd deyilmi?. Necə ola bilər ki,”Azəraqrartikinti”ASC 2018 ci ildə Kürdəxanı qəsəbəsində 72 mənzilli 9 mərtəbəli yaşayış binasını 4 milyona, 2012 ci ildə isə tikinti materiallarının xeyli ucuz olduğu bir vaxtda 4 mərtəbəli bir inzibati binanın tikintisini 6 mln manata həyata keçirib? Həmin inzibati binalara nə qədər vəsaitin xərclənməsini mütəxəsislər bu gün də hesablaya bilərlər. Üzə çıxan mənzərə isə acınacaqlı olar.

Azəraqratikinti”ASC nin Vergilər nazirliyinin 24.12.2013 cü il tarixdə 35 ədəd xidmət mərkəzində yenidənqurma işlərinin yerinə yetirilməsi üzrə elan etdiyi bir tenderdə 3649800 manat, digər 10 ədəd xidmət mərkəzinin tikintisi üzrə isə 2424350 manatlıq tenderlərin qalibi olması da diqqət çəkir. Ümumiyyətlə 2012-2013-cü illərdə Ağalar Vəliyev sabiq nazir Fazil Məmmədovun 19 mln manatlıq sifarişini həyata keçirib. Lakin görülmüş işlərin həcmindən də görsəndiyi kimi ayrılmış dövlət vəsaitinin bəlkə də yarıdan çoxu mənimsənilib. Fazil Məmmədov daha çox götürüb, Ağalar Vəliyev daha çox mənimsəyib onu onların bu günkü həyat tərzi göstərir. Baxmayaraq Fazil Məmmədov artıq nazir deyil,amma hər gün yeni bir obyekti ortaya çıxır. Ağalar Vəliyevin də dövrü mətbutda yazılanlara görə heç də az var dövləti yoxdu.Bir neçə üzə çıxmış tender elanından da göründüyü kimi, qazandıqları var dövlətin hər qəpiyi dövlət vəsaitlərindən oğurlanmışlardır. İndi təsəvvür edin, Ağalar Vəliyevin üzə çıxmayan tenderlərdən əldə etdiyi gəlirlər nə qədərdir.
Aktualinfo.org

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …