Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Bakı Mühəndislik Universitetində novruz bayramına həsr olunmuş tədbir keçirilib

Bakı Mühəndislik Universitetində novruz bayramına həsr olunmuş tədbir keçirilib

Hər il olduğu kimi açıq havada təşkil olunan bayram şənliyində universitetin müəllim-tələbə heyəti iştirak edib. Novruza həsr olunmuş tədbirdə bayrama aid milli mətbəximiz, milli oyunlarımız və adət-ənənələrimiz nümayiş etdirilib.
Bayram tədbirində çıxış edən universitetin rektoru, professor Havar Məmmədov müəllim və tələbələri bayram münasibətilə təbrik edib. Rektor qeyd edib ki, bahar fəsli gözəllik fəsli, xoş əhval-ruhiyyə fəslidir. Bahar gələndə təbiətdə böyük dəyişikliklər baş verir. Bahar gələndə təbiət canlanır, günlər uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır. İnsanlar bu zaman əkinə-biçinə hazırlaşırlar. Ona görə də ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayıblar. Bü gündə bu bayram ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Novruz tonqalını alovlandıran rektor Havar Məmmədov gənclərin milli ruhda böyüməsi üçün tələbələrə milli adət-ənənələrimizi öyrənmələrini və yaşatmalarını da tövsiyə edib.
Bayram tədbiri tələbələrin ifalarında novruza xas oyunlar, milli rəqslər və milli musiqi ifaları ilə davam edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …