Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Bakcell” ödəniş sistemi yaradır

“Bakcell” ödəniş sistemi yaradır

“Bakcell” MMC gələəkdə  ödəniş sistemini istifadəyə verəcək”.

” Azinforum.az ” xəbər veirr ki, bunu jurnalistlər üçün keçirilən təlimdə şirkətin əlavə dəyər xidmətləri üzrə şöbəsinin rəhbəri Fərəh Allahverdiyeva deyib.

Onun sözlərinə görə, söhbət “Bakcell”in yaratdığı elektron pul kisəsindən gedir: “Bunun vasitəsi ilə kommunal xidmətlərin haqqını ödənilməsi, pul köçürmələri və s. maliyyə xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulub. Gələcəkdə bu sistem vasitəsi ilə metro və avtobuslarda gediş haqqını ödəmək mümkün olacaq”.

“Bakcell” rəsmisi yeniliyin tətbiqi üçün ölkənin iri banklarından biri ilə əməkdaşlığa başladıqlarını bildirsə də, həmin bankın adını açıqlamayıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …