Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Bakcell” mobil telefonunu satışa çıxarmağa hazırlaşır

“Bakcell” mobil telefonunu satışa çıxarmağa hazırlaşır

“Bakcell” MMC gələn il mobil telefonunu satışa çıxaracaq.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə “Bakcell”in yeni satış mərkəzinin açılışında iştirak edən şirkətin direktoru Nikolay Bekers bildirib.

“Gələn ilin I rübündə mobil telefonumuzu müştərilərə təqdim edəcəyimizə ümidliyik. Telefon bütün müasir funksiyalara malik olacaq, sərfəli qiymət və satış şərtləri ilə insanlara təklif ediləcək”, – deyə o, qeyd edib.

Onu da deyək ki, “Bakcell”in yeni satış mərkəzindən mobil telefon alanlar bu ilin sonuna qədər şəbəkədaxili limitsiz danışıq dəqiqələri və internetə çıxış imkanı əldə edəcəklər. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …