Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bərdədə ana bətnində əkiz körpələr ölüb- VİDEO

Bərdədə ana bətnində əkiz körpələr ölüb- VİDEO

Bərdə rayonunda ana bətnində əkiz körpələr ölüb.

Bu barədə “Report”un Qarabağ bürosuna Bərdə rayon mərkəzi xəstəxanasının doğum evinin həkimi Mərziyyə Xurabəndi məlumat verib.

Həkim bildirib ki, Ağcabədi rayon sakini, 23 yaşlı Ziba Səfərova hamiləliyin patalogiyasi ilə doğum evinə gətirilib: “Əməliyyatdan əvvəl hamilə qadın ultrasəs müayinəsindən keçirilib və əkiz körpələrin ana bətnində ölü olduğu müəyyən edilib. Ananın vəziyyəti ağır və körpələrin çəkisi böyük olduğundan qadın əməliyyat edilərək ölü uşaqlar ana bətnindən götürülüb”.

Həkim əlavə edib ki, Ananın vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb.

  • 25.02.201917:3310

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …