Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Azərbaycanda TikTok açıldı

Azərbaycanda TikTok açıldı

Azərbaycanda TikTok sosial şəbəkəsinə qoyulan qadağa aradan qaldırılıb. 

Azinforum.az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq ölkə ərazisində şəbəkəyə sərbəst giriş mümkündür.

Qeyd edək ki, TikTok-a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …