Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Azərbaycanda bu il qəbul imtahanı bir dəfə keçirilə bilər

Azərbaycanda bu il qəbul imtahanı bir dəfə keçirilə bilər

“Zaman məhdudiyyəti qoyulsa, ali məktəblərə qəbul imtahanı bir dəfə keçirilə bilər”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O bildirib ki, hələ qaydalara görə, iki dəfə imtahan keçirmək imkanının olduğu görünür:

“Hazırda şərait buna imkan verir. Ancaq bizə müəyyən vaxt məhdudiyyəti qoyulsa, qəbul imtahanları bir dəfə ola bilər. Hələ ki, bizə deyilməyib, bir ay ərzində, yoxsa iki ay ərzində imtahanları keçirə bilərik. Ümid edirik ki, imtahanları iki dəfə keçirmək imkanımız olacaq. Ancaq buna hələ ki, sadəcə ümid edə bilirik.

Hər bir şəxsin bir dəfə imtahanda ödənişsiz olaraq iştirak etmək haqqı var. İmtahanların qaydaları bütün bölmələr üçün eynidir. Heç bir zaman ayrı-seçkilik olmayıb, olmayacaq. Bu nəslin taleyinə belə bir hadisə düşüb”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …