Bazar ertəsi , May 6 2024
Ana səhifə / Aktual / “Azərbaycan paradla Ermənistana bir sıra ciddi mesajlar verdi” – Makedoniya deputatı

“Azərbaycan paradla Ermənistana bir sıra ciddi mesajlar verdi” – Makedoniya deputatı

“Əsgəri parad Azərbaycanın hərbi qüdrətini nümayiş etdirdi”.

Bu sözləri Makedoniya Türk Hərəkat Partiyasının sədri, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim bildirib.

“Hərbi paradı internetdən izlədim və türk olaraq qürur duydum. Azərbaycan paradla Ermənistana bir sıra ciddi mesajlar verdi. Müasir hərbi texnikaların nümayişi Azərbaycanın hərbi potensialını bir daha göstərdi. Azərbaycan düzgün edərək silahlanır. Torpaqlarını azad etmək onun öz haqqıdır. Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Ümumiyyətlə,Azərbaycan ordusunun son iki ildə uğurları Ermənistanın siyasi-iqtisadi və hərbi vəziyyətinin gerçək vəziyyətini əks etdirir.
Cənab İlham Əliyev hərbi paradda çıxışında vacib olan məqamlara toxundu. Bir daha azərbaycanlı qardaşlarımızı ürəkdən təbrik edirəm”.

musavat.com

4d3a29fb-7e8a-44a2-8003-69fa1cad64ea.jpg (86 KB)

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …