Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Azad Cabbarov: Naxçıvan şəhərinin ölkənin Gənclər Paytaxtı seçilməsi mühüm əhəmiyyət kəsb edir.

Azad Cabbarov: Naxçıvan şəhərinin ölkənin Gənclər Paytaxtı seçilməsi mühüm əhəmiyyət kəsb edir.

Azad Cabbarov: Naxçıvan şəhərinin ölkənin Gənclər Paytaxtı seçilməsi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti ölkə paytaxtından kənarda da uğurla davam etdirilir.

Naxçıvan Muxtar Respublikasında bu sahədə görülən işlər bunun ən bariz nümunəsidədir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Naxçıvan ərazisində gənclərlə iş günümüzün tələbləri səviyyəsində qurulmaqla, ən yüksək səviyyədədir. Belə ki, muxtar respublikamızda gənclərin inkşafı məqsədilə, ən müasir tələblərə cavab verən infrastruktur yaradılıb.

Hal-hazırda, Naxçıvan şəhərində  Olimpiya İdman Kompleksi, Şahmat Mərkəzi, “Gənclər Mərkəzi”, “Gənclik Mərkəzi”, sərgi salonu fəaliyyət göstərir. Naxçıvan gəncliyinin milli dəyərlər, vətənpərvərlik ruhunda formalaşdırılması və inkşafı istiqamətində tədbirlər 2018-ci ildə də davam etdirilir. Son illər əldə edilən nəticələr, qazanılan nailiyyətlər sübut edir ki, muxtar respublika gəncləri intellektual və yaradıcılıq sahəsində böyük imkanlara malikdir. Bu baxımdan, Naxçıvan şəhərinin ölkənin Gənclər Paytaxtı seçilməsi mühüm əhəmiyyət kəsb edir. Bu status qoca şərqin qapısı olan Naxçıvan şəhərinin tanıdılması, müasir şəhərsalma mədəniyyəti və memarlıq üslubuna malik olan muxtar respublikanın turizm potensialının nümayişi baxımından, gənclərə yeni imkanlar yaradır.

Müsabiqənin yekun nəticəsi göstərdi ki, Naxçıvan gəncləri elektron internet resurslarından və sosial şəbəkələrdən düzgün istifadə etməyə, bu sahədə uğurlu təbliğat fəaliyyəti həyata keçirməyə qadirdir. Nazirlik, bu il İslam Mədəniyyəti Paytaxtı, eyni zamanda ölkənin Gənclər Paytaxtı seçilmiş Naxçıvan şəhərində və ümumən muxtar respublikada gənclərlə iş sahəsindəki fəaliyyətini daha da gücləndirəcək, bu istiqamətdə görülən işləri  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına uyğun olaraq davam etdirəcəkdir.

Naxçıvan şəhərinin 2018-ci ildə ölkənin Gənclər Paytaxtı seçilməsi münasibətilə muxtar respublika gənclərini təbrik edirəm.

 

                                     Azad Cabbarov

Naxçıvan MR Gənclər və İdman naziri

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …