Cümə , Aprel 26 2024
Ana səhifə / Azərbaycanlı xanım müğənni Türkiyəni heyran qoydu – VİDEO

Azərbaycanlı xanım müğənni Türkiyəni heyran qoydu – VİDEO

“O səs Türkiyə”nin bugünkü buraxılışında daha bir azərbaycanlı iştirakçı münsifləri heyran edib.
Axşam.az-ın məlumatına görə, Gülşən İbadova adlı həmyerlimiz İsveçin  “Eurovision 2009” təmsilçisi Malena Ermannın “La Voix” mahnısını səsləndirib. Pop və opera səsini nümayiş etdirən Gülşən bütün münsifləri özünə döndərə bilib. Zalın təkidi ilə o ifasını təkrar oxuyub.
Daha sonra G.İbadova Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i də səhnədə ifa edib. Həmyerlimiz sonda Gökhan və Hakanın komandasını seçib.
Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan yarışmanın münsiflər kürsüsündə Murad Boz, Hadisə, Sibel Can, Gökhan və Hakan Özoğuz qardaşları oturur.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın