Cümə , Aprel 26 2024
Ana səhifə / Azərbaycanlı rejissordan boşanan aktrisa danışdı

Azərbaycanlı rejissordan boşanan aktrisa danışdı

Xəbər verdiyimiz kimi, rejissor Fuad Əlişov və Sevinc Əlişova boşanıblar. Cütlük bunu uzun müddət gizli saxlasalar da, boşanma xəbəri yayıldı.

Boşandıqdan sonra heç yerdə görünməyən, sosial mediadan uzaq qalmağa çalışan Sevinc sükutu pozub. O, ilk dəfə boşanma barəsində “Xəzər Maqazin”ə danışıb: “Qismət, Allah bilən məsləhətdir. Bu barədə artıq danışmaq istəmirəm. Heç nəyin peşmançılığını yaşamıram”.

Şou-biznesdən uzaq olan sahədə çalışan Sevinc sözlərinə belə davam edib: “Aktrisalıq fəaliyyətimdən uzaqlaşmışam. Artıq başqa sahədə çalışıram. Yalnız uşaqlarımı düşünürəm. Özümü onlara həsr etmişəm”. İkinci dəfə ailə qurmaq barəsindəki suala Sevinc, “Bəlkə də nə vaxtsa ola bilər” deyə cavab verib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın