Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Azərbaycanlı deputat ermənini susdurdu

Azərbaycanlı deputat ermənini susdurdu

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 51-ci Baş Assambleyasında ümumi müzakirələrdə çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri Qagik Minasyan deyib ki, Ermənistan qonşu ölkələr tərəfindən izolyasiyaya alınıb və bu səbəbdən də normal inkişaf edə bilmir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili Aydın Mirzəzadə Feysbuk hesabında paylaşıb.

“Ondan sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev isə Azərbaycan torpaqlarının 20 faizinin qonşu ölkə tərəfindən işğal edildiyini və əhalimizin bir milyon iki yüz min nəfərinin öz doğma torpağında məcburi köçkünə çevrildiyini bildirib. Əgər işğal olmasaydı, izolyasiya da olmazdı və Azəbaycan daha yaxşı, region ölkələri isə normal inkişaf edərdi”, – Aydın Mirzəzadə bildirib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …