Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Azərbaycanın tanınmış həkimi qəfil vəfat etdi: – doğmaları şok içindədir

Azərbaycanın tanınmış həkimi qəfil vəfat etdi: – doğmaları şok içindədir

Azərbaycanlı həkim Elxan İbrahimov vəfat edib.

BAKU.WS xəbər verir ki, dünən anidən həkimin beyninə qan sızıb.

Onu təcili yardımla xəstəxanaya çatdırsalar da, həkimlər həyatını xilas edə bilməyiblər.

Tanınmış dietoloq Leyla Zülfüqarovanın BAKU.WS-ə verdiyi məlumata görə, mərhum övladlarının təhsili ilə bağlı qardaş ölkəyə köçmüşdü:

“Elxan doktoru çox vaxtsız itirdik. Gözlənilməz xəbər bizi çox sarsıtdı. Doğmaları şok içindədir. Türkiyədə yaşayırdı, amma son zamanlar Bakıda da çox olurdu. Siqareti tərgitmişdi və bu da onun təzyiqini oynadırdı. Yaxın dostları deyir ki, təzyiqi yüksək olsa da, dərman qəbul etmirdi. Bu dünyada rəhməti qazanmış dəyərli doktor idi. Allah rəhmət etsin! Övladları ilə bağlı planladığı arzuları çin olsun”.

Ailə Bakıda olmadığından E.İbrahimovun meyiti dünəndən morqda qalıb. Xanımı və iki övladı gəldikdən sonra ailəyə təhvil verilib.

Dostları onun ölümünün səbəbini çox işləməsində və sağlamlığına diqqət yetirməməsində görürlər.

Qeyd edək ki, Elxan İbrahimov müxtəlif vaxtlarda N. Tusi adına Klinikanın və Sağlam Ailə Tibb Mərkəzinin baş həkimi olub. Sonuncu iş yeri “İnter Diaqnostik Mərkəz” idi.

Azərbaycanın sayılıb-seçilən uroloq-androloqu olan E.İbrahimov kişilərdə sonsuzluq probleminin həlli üzrə ad-san qazanmışdı.

O, eyni zamanda iş adamı idi. İşgüzar fəaliyyəti Azərbaycan və Türkiyəni əhatə edirdi.

Allah rəhmət etsin!

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …