Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Azərbaycanda internetdə qadağan edilən məlumat yerləşdirənlər cərimələnəcək

Azərbaycanda internetdə qadağan edilən məlumat yerləşdirənlər cərimələnəcək

Azərbaycanda internet informasiya ehtiyatında yayılması qadağan edilən məlumat yerləşdirənlər cərimələnəcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadiçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 mnatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənlərin şəxsiyyəti nzəərə alınmaqla 1 ayadək müddətdə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …