Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Azərbaycanda həkim rüşvət aldı, işdən qovuldu – VİDEO

Azərbaycanda həkim rüşvət aldı, işdən qovuldu – VİDEO

Azərbaycanda həkim xəstələrdən analiz üçün pul tələb edib.
Bu barədə videogörüntü Oxu.Az-ın redaksiyasına daxil olub.
Görüntülər Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində qeydə alınıb.
Videoda Leyla Məmmədova adlı həkimin xəstədən analiz üçün 20 manat tələb etməsi əks olunub.
Saytımızın əməkdaşı məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərib. 
TƏBİB-dən bildirilib ki, video ilə bağlı Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində araşdırma aparılıb:
“Mərkəzin direktoru Yusif Əliyevin imzaladığı əmrlə Məmmədova Leyla Cabir qızı vəzifəsindən azad edilib”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …