Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Azərbaycanda daha 39 nəfərdə koronavirus aşkarlandı – 59-u sağaldı

Azərbaycanda daha 39 nəfərdə koronavirus aşkarlandı – 59-u sağaldı

Azərbaycanda 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …