Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycanda əhalinin sayı 6765 nəfər artaraq fevral ayının 1-i vəziyyətinə 9 904 850 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 114 nəfər olub.

Əhalinin 52,9 %-i şəhər, 47,1%-i kənd sakinləridir, 49,9 %-i kişilər, 50,1 %i isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1004 qadın düşür.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …