Ana səhifə / Aynişan “O səs Türkiyə”dən kənarlaşdırıldı

Aynişan “O səs Türkiyə”dən kənarlaşdırıldı

Müğənni Aynişan Quliyeva “O səs Türkiyə” yarışmasından kənarlaşdırılıb.

Axar.az xəbər verir ki, əməkdar artist Aybəniz Haşımovanın qızı, müğənni Aynişan Quliyeva musiqi yarışmasında növbəti tura keçə bilməyib.

O, bu barədə rəsmi İnstaqram səhifəsində yazıb:

“Sizlərə “O səs Türkiyə”dən ələndiyimi xəbər vermək istəyirəm. Belə məsləhət oldu. Əsas odur ki, bacardığım qədər bizi gözəl təmsil etməyə çalışdım və sonuna qədər sevgimi, sayğımı əsirgəmədim. Həyatımda yaşadığım ən gözəl anlardan biri oldu.

Murad Bozun Azərbaycan dilində mənimlə birgə ifası həyatımın sonuna qədər unutmayacağım bir andır. Murad Boz professional bir sənətçidir, onun seçimini müzakirə etməyə dəyməz. Əsas odur ki, güclü səsi olan iştirakçılarla yarışdım”.

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …

Bir cavab yazın