Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Aydın Quliyev Ukrayna Qarapapaq Türkləri Milli Şurasının“Şərəf” Ordeni ilə təltif edildi

Aydın Quliyev Ukrayna Qarapapaq Türkləri Milli Şurasının“Şərəf” Ordeni ilə təltif edildi

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, publisist, “Bakı-Xəbər” qəzetinin təsisçisi və baş redaktoru Aydın Quliyev Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Şərəf” ordeni ilə təltif edildi.

Bu barədə Kiyevdən, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ)  İnformasiya Departamentindən mətbuata bildiriblər.

19 iyul 2020-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UTMŞ) Sədri Daşqın Gülməmmədov Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, publisist, “Bakı-Xəbər” qəzetinin Baş redaktoru Aydın Alqulu oğlu Quliyevin Ukrayna Qarapapaq Türkləri Milli Şurasının“Şərəf” ordeni ilə təltif edilməsi barədə əmr imzalayıb.

Sənəddə qeyd edilir ki, “Aydın Alqulu oğlu Quliyev 60 illik yubileyi münasibəti ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Şərəf” ordeni ilə təltif edilsin”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …