Cümə , Aprel 26 2024
Ana səhifə / ATV-nin əməkdaşı efirdən təhqir etdi: “Az yeyin, bir sözlə, otlayın”

ATV-nin əməkdaşı efirdən təhqir etdi: “Az yeyin, bir sözlə, otlayın”

“Azad Azərbaycan” televiziyasının 106.3 radiosunda aparıcı Aytən Səfərova “Buğa” bürcü altında doğulan insanları təhqir edib.

Mia.az xəbər verir ki, bu barədə bizimyol.info-ya məşhur hüquqşunas Tahir Əlirzayev məlumat verib.

O qeyd edib ki, səhər saat 8:57 radələrində işə gedərkən 106.3 radiosunda aparıcılar Raqif Əliyev, Aytən Səfərova və Mətanət Əliverdiyevanın təqdimatında efirə yayımlanan “Bumeranq” verilişində bürclər haqda məlumat verilərkən aparıcı Aytən Səfərova kobud səhvə yol verərək, “Buğa” bürcü altında doğulan insanları təhqir edib.

O,  “Buğalar az yeyin, yağlı yeyib kökəlməyin, bir sözlə, otlayın” deyərək bu bürc altında doğulanları təhqir edib. Aparıcının bu sözləri insanlar tərəfindən mənfi qarşılanıb.

Onlar sosial şəbəkələrdə teleaparıcını təhqir edərək, onlardan üzr istəmələrini istəyib.

Qeyd edək ki, Aytən Səfərova üzun müddət “ANS” telekanalında çalışmış, daha sonra fəaliyyətini “ATV” kanalında davam etdirib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın