Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Aslan Aslanovun oğlunun adı yeni qalmaqalda

Aslan Aslanovun oğlunun adı yeni qalmaqalda

aslanTurqay Aslanovun “avtoş”luq etdiyi “KİA” markalı maşını cərimə meydançasına aparılıb; sabiq nazir müavininin əmlaklarını adına rəsmiləşdirdiyi şəxsin kimliyi bilindi

 

Şəmkirin sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslanovun Ədliyyə Nazirliyində çalışan oğlu Turqay Aslanov yenidən saxlanıb. Redaksiyamıza daxil olan məlumata görə, martın 18-dən 19-na keçən gecə Nəsimi rayonu ərazisində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yol hərəkəti qaydalarını kobud surətdə pozan, “avtoş”luq edən sürücünü saxlayıblar.
Yol polislərinə sənədlərini vermək istəməyən sürücü mobil telefonuna əl atıb. Lakin DYP əməkdaşları ona “dosta zəng” məsələsinin 2 ay öncə qapadıldığını deyiblər. Nəhayətdə qara rəngli, “KİA” markalı, Az 90 AH 291 nömrə nişanlı avtomobilin sürücüsü sənədləri DYP əməkdaşlarına vermək məcburiyyətində qalıb. Sürücünün inadkarlığının səbəbi də bu zaman üzə çıxıb. Məlum olub ki, sürücü Aslan Aslanovun oğlu Turqay Aslanovdur. Onu Nəsimi rayonu ərazisində DYP əməkdaşları son 30 gündə 2-ci dəfədir ki, saxlayırlar! Nəqliyyat vasitəsi yaxınlıqdakı cərimə meydançasına aparılıb.
Yada salaq ki, ötən ay T.Aslanovun idarə etdiyi “Bentley” markalı avtomobillə “avtoş”luq etmişdi. Fevralın 20-də gecə saat 1 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı “Bentley” markalı maşını saxlayıblar. Az 10 DO 007 dövlət nömrə nişanlı bu avtomobilin sürücüsünün sərxoş olduğu, eyni zamanda sənədlərin qaydasında olmadığı müəyyənləşmişdi. Buna görə də avtomobil 3-cü mikrorayonda yerləşən cərimə meydançasına aparılmışdı. Sonradan məlum olub ki, avtomobili idarə edən şəxs Aslan Aslanovun oğlu Turqay Aslanovdur.
Həmin avtomobil 2008-2013-cü illərdə Turqay Aslanovun adına olsa da, 2013-cü ildə Allahverdiyev Valeh Ramazan oğluna etibarnamə verilib. Amma sayı məhdud, təxminən 300 min dollar dəyərində olan ağ rəngli “Bentley” daim Turqay Aslanov tərəfindən idarə olunub. Turqay Aslanov hazırda Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi vəzifəsində çalışır.
Qaynağımız deyib ki, həmin vaxt T.Aslanovun “Bentley” markalı maşınla “avtoş”luq etməsi mətbuatda dartışılandan sonra A.Aslanov oğlunun 300 minlik maşınını əlindən alıb. Onu dünən cərimə meydançasına aparılan “Kia” markalı maşından istifadə etməsini tapşırıb. Faktiki T.Aslanovun olan “Bentley” və digər bir bahalı maşını – “Mercedes Gelenvagen”i hazırda A.Aslanovun “Vorovski”də, Daxili Qoşunların Baş İdarəsi ilə üz-üzə olan 33 nömrəli, 3 mərtəbəli villasının qarajında saxlanır. Yeri gəlmişkən, qeyd edək ki, A.Aslanovun həyat yoldaşının adına olan həmin villanı 5 milyon manata satışa çıxarması haqda məlumat da var.
T.Aslanovun “KİA” markalı avtomobili də “Bentley” kimi Valeh Ramazan oğlu Allahverdiyevin adınadır.
V.Allahverdiyevin barəsində də maraqlı məlumatlar əldə etmişik. Bu şəxs Şəmkirdəndir, vaxtilə “Azərneftyağ” İstehsalat Birliyinin baş direktoru Ramiz Mirzəyevin ailə sürücüsü olub. A.Aslanovun mərhum R.Mirzəyevlə yeznə-qayın olmaları da məlumdur. A.Aslanov Şəmkirin icra başçısı vəzifəsindən çıxarılaraq kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyinat alandan sonra V.Allahverdiyevi özünə sürücü götürüb. O, A.Aslanov nalayiq sözlər işlətdiyinə görə işdən çıxıb. Lakin sonradan yenidən A.Aslanov onu geri qaytara bilib. 2013-cü il oktyabrında A.Aslanov tutduğu vəzifədən qovulan ərəfədə oğlunun “Bentley” markalı maşınını sürücüsünün adına rəsmiləşdirib. Hazırda 5 milyon manata satışa çıxardığı villanı da həmin vaxtlarda həyat yoldaşının adına rəsmiləşdirib.
E.HÜSEYNOV
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

 

Həmçinin oxuyun

Bakı Avropa Liseyində “Asiya ənənələri”… – İDDİA

Dərs ilinin başa çatması ilə məktəblərdə tətil dövrü başlansa da bir çox problemlər heç də …

Bir cavab yazın