Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Arif Quliyevin reanimasiyadan videosunu paylaşan tibb işçisi cəzalandırıldı

Arif Quliyevin reanimasiyadan videosunu paylaşan tibb işçisi cəzalandırıldı

Sosial şəbəkələrdə və KiV-lərdə “Yeni klinika”da koronavirus xəstəliyindən müalicə alan Xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüləri yayılıb.

“Yeni Klinika”dan “Qafqazinfo”ya verilən məlumata görə, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır. 

“Amma Xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb.

Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq, hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib”, – deyə məlumatda qeyd olunur.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …