Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / ANS bəraət aldı – Vahid Mustafayevdən açıqlama

ANS bəraət aldı – Vahid Mustafayevdən açıqlama

“Bir müddət əvvəl Azərbaycan Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz, ANS-ə tam bəraət qazandıran məktub aldıq”.

” Azinforum.az ” xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev deyib.

“Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirilib. Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan xalqı və dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi”,– deyə Vahid Mustafayev vurğulayıb.

Xatırladaq ki, 18 iyul 2016-cı ildə Milli Televiziya və Radio Şurası televiziya şirkətinin lisenziyasının ləğv edilməsi və ANS ÇM radiostansiyasının bağlanması haqda qərar qəbul etmişdi. Lisenziyanın ləğv edilməsinə səbəb guya gülənçilərin lideri Fəthullah Gülənə dəstək verməsi barədə televiziyaya qarşı irəli sürülən ittihamlar idi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …