Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Ana fəryadı” abidəsinə axın davam edir – FOTOLAR

“Ana fəryadı” abidəsinə axın davam edir – FOTOLAR

Bu gün Xocalı Soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq həm ölkəmizdə bir sıra silsilə tədbirlər keçirilir.

Anma mərasimi ilə əlaqədar səhər saatlarından başlayaraq Bakıdakı “Ana fəryadı” abidəsinə axın başlayıb. Mərasimdə ölkə prezidenti İlham Əliyev başda olmaqla hökumət və dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar, faciənin şahidləri iştirak edib. Abidənin qarşısına güllər düzülüb, məktəblilər soyqırımla bağlı şeirlər səsləndirib.

Xatırladaq ki, Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …