Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Amaliya Pənahovanın xatirəsi əbədiləşdiriləcək – Sərəncam

Amaliya Pənahovanın xatirəsi əbədiləşdiriləcək – Sərəncam

Baş nazir Novruz Məmmədov Xalq artisti Amalya Pənahovanın xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda qeyd edilib ki, Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması təmin edilsin.

Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …