Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

Almaniyada Azərbaycanın təbliğatını gücləndirmək üçün yerli ictimaiyyətə Naxçıvanla bağlı broşürlər paylanılıb. Broşürlər Alman-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən hazırlanıb.

Bu haqda Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva məlumat verib. O deyib ki, 29 ildir doğma diyarı Naxçıvandan ayrılsa da ürəyinin böyük bir parçası bu yerlə bağlıdır: “Hər dəfə Naxçıvana gədəndə böyük bir yeniliklərlə qarşılaşıram. Ən çox dəyər verdiyim isə Naxçıvanda kənd təsərrüfatının, sənayenin, turizmin inkişafıdır. Özümə isə, ata, ana yurdum, doğma Naxçıvanımı Almaniyada almanlara və əcnəbilərə daha yaxından tanıtmağı borc bildim. Hal-hazırda 500-dən çox flyer hazırlatdırdım və turizm bürolarına, kafelərə, idarələrə, marketlərə payladım. İnşallah, tezliklə Almaniyadan turistlərin gedib Naxçıvanın tarixi, mədəniyyəti, qonaqpərvərliyi ilə tanış olmalarını arzu edirəm!”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …