Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Akademik Murtuza Nağıyevin yubileyi keçiriləcək – AMEA və Nazirlər Kabinetinə tapşırıq verildi

Akademik Murtuza Nağıyevin yubileyi keçiriləcək – AMEA və Nazirlər Kabinetinə tapşırıq verildi

Prezident İlham Əliyev Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamda 2018-ci ilin may ayında Azərbaycanın görkəmli kimyaçı alimi, əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Fətulla oğlu Nağıyevin anadan olmasının 110 illiyinin tamam olduğu qeyd edilib.

Bidirilib ki, Murtuza Nağıyev zəngin fəaliyyəti sayəsində Azərbaycan elminə dəyərli töhfələr vermiş və kimya üzrə yeni istiqamətin yaradıcısı kimi yüksək nailiyyətlər qazanmış alimlərdəndir.

O, kimya texnologiyası ilə əlaqədar komplekslərin riyazi modelləşdirilməsinin bünövrəsində dayanan nəzəriyyənin əsas prinsiplərini işləyib hazırlamış, kimyəvi proseslərin tədqiqində klassik ənənələrdən fərqlənən yeni yanaşma üsulu müəyyən edib.

Sərəncama əsasən, Azərbaycanda kimya elminin, neft kimyası və texnologiyasının inkişaf etdirilməsi, həmçinin yüksək ixtisaslı kimyaçı kadrların hazırlanması sahəsində mühüm xidmətlərini nəzərə alaraq akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası akademik Murtuza Nağıyevin 110 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …