Şənbə , May 11 2024
Ana səhifə / Aktual / Ağdamlı Nadir “Qarabağ”dan niyə getdi?

Ağdamlı Nadir “Qarabağ”dan niyə getdi?

“Qarabağ”ın yetirməsi olan Vüqar Nadirov Ağdam klubundan ayrılıb.   Azinforum.az xəbər verir ki, hazırda milli komandamızla Avstriyada təlim-məşq toplanışında olan təcrübəli hücumçu komandanı tərk edib.

O, qol.az-a bunları deyib: “Hələ ki, bu haqda danışmaq istəmirəm. Təklif olunan şərtlər məni qane etmədi. Deməli, qismət belə imiş, getməliydim”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 27 yaşlı futbolçuya yeni müqavilə təklif etdiklərini, ancaq onun getmək qərarı verdiyini deyib:

“Biz bir neçə oyunçuya yeni müqavilə təklif etdik və onların qərarını gözləyirik. Həmin futbolçular sırasında Leroy Corc, Muarem Muarem və Vüqar Nadirov da var idi. Onlardan bəziləri yeni şərtlərlə razılaşmadı. Vüqar Nadirovdan cavab gözləyirdik, ancaq o, heç nə demədi. Bu gün eşitdim ki, Nadirov artıq komandadan getmək qərarı verib”.

Qeyd edək ki, V.Nadirovun atası Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Futbolçunun atası “General” ləqəbli Ərşad Nadirov Qarabağ müharibəsində batalyon komandiri olub.   O, 1993-cü ildə Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. V.Nadirov Ağdamın Seyidli kəndində anadan olub.

Futbolçu karyerasına “Qarabağ”da başlayan Nadirov 2005/2007-ci illərdə “Xəzər Lənkəran”, 2008-ci ildə “Masallı”,  2008/2009 mövsümündə isə “Karvan”da çıxış edib. 2009-cu ildə yenidən “Qarabağ”a qayıdan V.Nadirov ümumilikdə 10 il Ağdam klubunun şərəfini qoruyub.

Həmçinin oxuyun

“Bu dəqiqə canımla əlləşirəm, nə parlament seçkilərinə namizədlik?” – Şeyxin qudası

“Bu dəqiqə canımla əlləşirəm. Nə parlament seçkilərinə namizədlik? Bir dəfə Azərbaycanın tarixinə düşdük. Sağ olsun …

Bir cavab yazın