Cümə , Aprel 26 2024
Ana səhifə / Ağ Evə sianidli məktub göndərilib

Ağ Evə sianidli məktub göndərilib

Ekspertiza martın 16-da Ağ Evə göndərilən konvertdə sianid olduğunu təsdiqləyib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ xüsusi xidmət orqanlarının nümayəndəsi Brayan Liri açıqlama verib. Onun sözlərinə görə, ekspertizanın nəticələri təsdiqlənmək üçün digər müəssisəyə göndərilib. Hazırda insident araşdırılır. Məktubu açan Ağ Ev əməkdaşının zərər çəkmədiyi bildirilir.

Konvertin üzərindəki ünvan xüsusi xidmət orqanlarının diqqətini çoxdan çəkmiş bir kişiyə aiddir. Belə ki, o, 1995-ci ildə Ağ Evə nəcislə murdarlanmış konvert göndərib.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın