Ana səhifə / Aktual / ADİL ƏLİYEVƏ “STOP”, YOXSA YAŞIL İŞIQ? – MANDAT MÜBARİZƏSİ

ADİL ƏLİYEVƏ “STOP”, YOXSA YAŞIL İŞIQ? – MANDAT MÜBARİZƏSİ

Azinforum.az qarşıdan gələn parlament seçkiləri ilə bağlı “Çətin seçki dairəsi” rubrikasını davam etdirir. Bu dəfə obyektivimizdə 20 saylı Nərimanov ikinci seçki dairəsidir.

Ötən seçkilərə nəzər salsaq, bu dairəni millət vəkili Adil Əliyevin bronladığı məlum olar. Çünki sabiq polis rəisi indiyə kimi həmin dairədə tər tökərək çox önəmli isimləri məğlub edib. Hələ müxalifətin gurultulu vaxtında siyasətdə o qədər tanınmayan Adil Əliyev İsa Qəmbəri məhz həmin dairədə arxada qoymağı bacardı. Düzdür, İsa Qəmbər bütün seçkilərdə olduğu kimi, həmin nəticələrin də saxtalaşdırıldığını iddia edir. Ancaq həmin dövr seçkini yaxından müşahidə edənlər Adil Əliyevin İsa Qəmbər üzərində real qələbə qazandığını deyirlər. Təbiidir ki, bu məsələdə böyük maliyyə və Əliyev qardaşlarının nəzarətində olan digər resurslardan istifadə olundu. Bütün bunlara baxmayaraq, əsas diqqət hakim partiyanın açıqlayacağı namizədlərə  yönəlmişdi.  Aydındır ki, həmin siyahını gözləyənlərdən biri də Adil Əliyev olub.

Məntiqlə, belə də olmalıdır. Rauf Arifoğlunun dili ilə desək, fərz edək ki , YAP 20-ci dairədən əvəzolunmaz bir namizədini irəli sürür. Bu faktiki olaraq Adil Əliyevə ünvanlanan “deputatlığı unut!” mesajı anlamına gələrdi. Hazırda isə situasiya tam başqadır.  Hakim partiya sözügedən dairədən Əsədov İbrahim Namizəd oğlu adlı adamın namizədliyini irəli sürüb və sanki Adil Əliyevin deputalığına yaşıl işıq yandırıb. Çünki həmin adamın adı ilə internetdə axtarış verəndə, onun barəsində yalnız YAP-ın namizədi kimi irəli sürüldüyünə dair məlumat görünür. Buna qədərki fəaliyyətinə dair isə heç bir məlumata rast gəlmədik. Deməli, faktiki olaraq 20 saylı Nərimanov ikinci seçki dairəsinin favoriti Adil Əliyev sayılır.

Yaxın günlərdə Adil Əliyevin  həmin dairə ərazisindəki  son 5 illik fəaliyyətinə nəzər salacayıq.

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Deputatlarımız harada istirahət edəcəklər? – Telefonlarımız daima açıqdır

Artıq yay fəsli öz isti nəfəsini yavaş-yavaş hiss etdirməyə başlayır. Bir çoxları artıq yay istirahəti …

Bir cavab yazın