Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Abşeronda ərlə arvad dəm qazından boğulub öldü

Abşeronda ərlə arvad dəm qazından boğulub öldü

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbədə fərdi yaşayış evində yaşayan bir ailənin iki üzvü – 1952-ci il təvəllüdlü Bəşirov Yusif Qovluq oğlu və onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü İsmayılova Sona İsmayıl qızı dəm qazından boğularaq ölüb.

Ölənlərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …