Cümə axşamı , May 2 2024
Ana səhifə / Aktual / 8 nəfərin öldüyü sexlərdən birinin nümayəndəsi danışdı – Partlayışın səbəbi nədir?

8 nəfərin öldüyü sexlərdən birinin nümayəndəsi danışdı – Partlayışın səbəbi nədir?

Xəbər vediyimiz kimi, dünən səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə güclü partlayış və yanğın baş verib.
Yeniavaz.com partlayışın baş verdiyi ərazidə yerləşən mebel sexlərindən birinin – “Esdello” mebel sexinin nümayəndəsi Etibar Qəhərəmanlı ilə əlaqə saxlayıb.
“Esdello” mebelin nümayəndəsi bildirir ki, partlayış zamanı ərazidə olan digər sexlər də dağılıb. Etibar Qəhərəmanlı hadisə vaxtı orada olmadığını bildirir:
“Eşitdiyimə görə partlayış qaz sızmasından baş verib. Mən özüm orada olmadığım üçün dəqiq bilmirəm. Amma mənə verilən məlumata görə qaz sızması olub”.
Etibar Qəhərəmanlı partlayış zamanı onlara nə qədər maddi zərərin dəydiyini açıqlamasa da, oradakı sexlərin tamamilə dağıldığını bildirib.
Qeyd edək ki, hadisə nəticəsində 8 nəfərin öldüyü, 24 nəfərin xəsarət aldığı bildirilir.

Həmçinin oxuyun

Hava pisləşir – Temperatur 8 dərəcə aşağı enəcək

Bakıda və Abşeron yarımadasında mayın 1-i və 2-si günün birinci yarısında şimal-qərb küləyinin 15-18 ms/, …