Bazar ertəsi , May 6 2024
Ana səhifə / “50 yaşım da olsa, ərə gedəcəyəm…” – Səidə Sultan

“50 yaşım da olsa, ərə gedəcəyəm…” – Səidə Sultan

“Hər çıxışım mənə qarşı mənfi piar olur. Ona görə də qərar verdim ki, bir az bu aləmdən uzaqlaşıb. Hər şeydən küsdüm”.
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Səidə Sultan deyib. O, səs-küy yaradacaq klip çəkdirəcəyini bildirb:
“Etdiyim hər hərəkət söz-söhbətə səbəb olur. Qərar verdim ki, səs-küylü klip çəkdirim, onunla bir də partladım. Onsuz da mənə pis deyirlər. Desinlər də, gözüm aydın. Mənim dünyagörüşüm, fikirlərim başqadır. Hər kəs məni bəyənib, fikirlərimlə razılaşa bilməz ki…”.
S.Sultan şəxsi həyatından da danışıb:
“Hələ ki, ailə qurmağı düşünmürəm. Qismətim çox oldu. Amma ondan yararlana bilmədim. Əgər qismətimdə ailə qurmaq varsa, 50 yaşım da olsa, ərə gedəcəyəm. Hər şeyə qarşı sevgi, məhəbbət ölüb. Sevgiyə inanmıram. Ən doğma insan belə səni 1 dəqiqədə sata bilər. İnsanlar o qədər yalan danışır, and içirlər adam dəhşətə gəlir”.

Həmçinin oxuyun

Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Öncə qeyd etməliyəm ki, mən kapitalizmi əxlaqi ictimai , iqtisadi formasiya hesab etmirəm. Görkəmli alman …

Bir cavab yazın