Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / 29 gündən sonra ilk dəfə… – Fotolar

29 gündən sonra ilk dəfə… – Fotolar

Azərbaycanda SMS-li icazələrin müddətinin 2 saatdan 3 saata qaldırılması ilə Bakıda hərəkət artıb. 

Yeni qaydalara görə, artıq bir çox geyim, kitab və gül mağazaları da fəaliyyətini bərpa edib. Bu səbəbdən şəhərdə müştəri çoxluğu hiss olunur. 

Müxtəlif banklara məxsus bankomatların da qarşısında ara məsafə gözlənilmədən uzun növbələr yaranıb. 

Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejiminin martın 29-dan gücləndirilməsi ilə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılmışdı. 

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın xüsusi karantin rejimi şərtlərinin yumşaldılmağa başladığı ilk gün Bakıdan çəkdiyi fotoları təqdim edirik:

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …