Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Aktual / 15 yaşlı Gülçin anası danladığı üçün intihar edib

15 yaşlı Gülçin anası danladığı üçün intihar edib

Dünən Gəncə şəhərində məktəbli qızın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 
“Azinforum.az” Lent.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yaşadığı evdə özünü asaraq həyatına son qoyan 15 yaşlı Gülçin Qəmbərli 16 saylı orta məktəbin 10-cu sinif şagirdi olub. O, sentyabrın 15-də ilk dərs günündə iştirak edib. Lakin dünən səhər məktəb rəhbərliyi şagirdləri şəhərdə keçiriləcək marafona apararkən Gülçinin gəlmədiyi məlum olub. Xəbər gəlib ki, yeniyetmə qız intihar edib.
İlkin araşdırma zamanı məlum olub ki, G.Qəmbərli məktəbdən əlavə hazırlıq kursuna gedirmiş və kursda keçirilən test imtahanında aşağı nəticə göstərib. Bu səbəbdən evdə anası onu danlayıb. Psixoloji sarsıntı keçirən qız daha sonra özünü asıb.
Araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Bakıda zibilxanada insan ayağı tapıldı

Bakıda zibillərin arasında insan ayağı aşkarlanıb. Hadisə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda qeydə alınıb. Belə …

Bir cavab yazın