Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Əmanətlərin 73,4 faizi xarici valyutadadır

Əmanətlərin 73,4 faizi xarici valyutadadır

Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyon 860 min 7 manat olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmanətlərin 73,4 faizi xarici, 26,6 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 21 faiz artıb, xarici valyutada əmanətlər isə 20,5 faiz azalıb.

Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,73) manata, 1 avroya 2,01 manata (1,91), 100 rus rubluna 2,86 manata (2,97) bərabər olub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın