Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb – Prokurorluq araşdırır

Azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb – Prokurorluq araşdırır

Sabirabadda azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb.
Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Səma Aqşin qızı yuxudan oyanmayıb.
Bu gün səhər saatlarında Şirvan şəhər Xəstəxanasına aparılan 5 yaşlı uşağın artıq öldüyü məlum olub. Məlumata görə, bir ay əvvəl Səmanın 13 yaşlı qardaşı da ölüb. Onun qıcolmadan öldüyü bildirilir.
Hazırda ölümlərin dəqiq hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün uşağın meyiti müayinə Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın