Ana səhifə / Media / Sosial mənzillər üçün müraciətlərin qəbul ediləcəyi vaxt məlum oldu

Sosial mənzillər üçün müraciətlərin qəbul ediləcəyi vaxt məlum oldu

Sosial evləri almaq üçün müraciətlərin qəbulu yaxın aylarda başlanacaq.
Trend-in məlumatına görə, dövlət başçısının fərmanı əsasında yaradılacaq “Güzəştli mənzil” sistemi mayın 1-dən işə düşəcək və elektron müraciətlər də o vaxtdan başlanacaq. Həmin vaxta qədər isə sosial evləri almaq üçün sakinlər kağız formada müraciət edə bilər.

Qeyd edək ki, sosial evlərin birinci kompleksinin tikintisi üçün Bakının Yasamal rayonunda 11,6 hektar ərazi ayrılıb. Jurnalda qeyd olunur ki, bu kompleksdə 1850 mənzil olacaq. Mənzillər 1, 2 və 3 otaqlı olacaq.

Bundan başqa məlumat verilib ki, sosial mənzillərdə aylıq ödəniş oxşar evlərin kirayə haqqından artıq olmamaqla müəyyən ediləcək.

“Faktiki olaraq birotaqlı mənzillər üçün aylıq ödəniş 130-140, üçotaqlılar üçün 330-350 manatdan artıq olmayacaq”, – məlumatda deyilir.

Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı Bakıda ikinci belə kompleksin inşası da planlaşdırılır. Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da tikintisi nəzərdə tutulur.

Şərh yaz

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın