Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Gürcüstanda benzinin və qazın qiyməti qalxdı – Yeni qiymətlər

Gürcüstanda benzinin və qazın qiyməti qalxdı – Yeni qiymətlər

Bu il yanvarın 1-dən Gürcüstanın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti müvafiq olaraq 40 – 60 tetri artıb.
Report xəbər verir ki, 2016-cı il dekabrın sonlarında 1,45 GEL-ə satılan benzin yanvarın 2-dən başlayaraq 1,90, 1,95 və 2 GEL-dək bahalaşıb. Benzinin qiyməti tədricən, 3 gün ərzində artırılıb. Dizel yanacağının qiyməti də yanvarın 3-dən 30-50 tetri arasında bahalaşıb.
Yanvarın 5-dən isə ölkənin yanacaqdoldurma məntəqələrində avtomobillər üçün nəzərdə tutulmuş təbii qazın qiyməti 15-20 tetri bahalaşıb.
Bu gün qaz yanacaqdoldurma məntəqələrində təbii qaz fərqli qiymətlərlə satılıb. Belə ki, “Vissol” yanacaqdoldurma məntəqəsində qazın bir kubmetri üçün 1,45 lari (təqribən 0,54 dollar), “Qamma”, “Formula” məntəqələrində 1,46 lari, “Heoraz” məntəqələrində isə 1,45 lariyə satılıb.
Ən ucuz qiymət SOCAR-ın qazdoldurma məntəqələrində qeydə alınıb – 1,44 lari.
Gürcüstanın Neft Məhsulları İdxalatçıları Şurasının sədri Vano Mtvralaşvili bildirib ki, 2017-ci il yanvarın 1-də ölkəyə gətirilən bəzi məhsullara tətbiq olunan aksiz vergilərinin dərəcəsi artırılıb. Yanacaqdoldurma məntəqələrində təbii qazın qiymətinin artması yeni ildə aksiz vergisinin artması ilə əlaqədardır.

 

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın